12-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi

1 - 3 noyabr 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Beauty Azerbaijan - Hava təzyiqi altında xoş masaj

Hava təzyiqi altında xoş masaj
29.09.2017

Xəbərlər

Harri Byun (Harry Byun), “HANLIM Co.” şirkətinin satış və marketinq üzrə direktoru

- Koreyanın “HANLIM Co.” şirkəti Azərbaycanda keçirilən beynəlxalq “Səhiyyə” (“BIHE 2017”) sərgisində debüt edir. Biz burada hava təzyiqi altında masaj qurğularını təqdim edirik. Bu qurğulardan istifadə etmək çox asandır, bunun üçün çətin təlimatı öyrənmək tələb olunmur – ayaq, əl və kürəyinizi hava yastığı ilə bürümək kifayətdir. Bu yastıq hava təzyiqi altında sıxılır və boşalır, bədənin xəfif masaj olunmasını təmin edir.

Bizim masaj qurğularından istifadə qan dövranını yaxşılaşdırır və qan dövranı pozulmuş insanlar, süd vəzi xərçənginə görə əməliyyatdan sonrakı dövrdə qadınlar, sükan arxasında saatlarla vaxt keçirən sürücülər və başqaları üçün faydalıdır.

Şirkət Azərbaycan bazarını öz məhsulları, onların xüsusiyyət və üstünlükləri ilə tanış etmək, eləcə də yerli distribüterlər tapmaq kimi perspektiv tapşırıqla sərgidə iştirak edir. Beləliklə, biz həm məhsullarımızın potensial alıcılarını, həm də distribüterlərini öz stendimizdə görməkdən məmnun olarıq. Bu gün sərginin ikinci günüdür və biz tədbirin sonunda müsbət nəticələr əldə edəcəyimizə inanırıq.


Xəbərlər

Bütün xəbərlər