12-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi

1 - 3 noyabr 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Beauty Azerbaijan - Hollivud ulduzlarının gözəlliyinin gizli silahı

Hollivud ulduzlarının gözəlliyinin gizli silahı
28.09.2017

Xəbərlər

Aynur Saqiyeva, İcraçı direktor, “Hayal Estetik” 

– Biz iki il əvvəl öz şirkətimizi təsis edərkən, fərqlənmək və artıq mövcud olan kosmetologiya bazarında layiqli yer tutmaq niyyətində idik. Bunun üçün Yaponiya fillerlərindən istifadə etməklə, yeni nano texnologiyalar ilə işləmək qərarına gəldik. Lakin hazırda məhsul çeşidlərimiz artıb və biz “Ayala Premium”, “Piennedi”, “İnnea”, “Outline Gel” və “Salmon DNA” kimi dünya brendlərinin məhsulları ilə işləyirik. Bu gün sərgi şirkətimizin nüfuzuna müsbət təsir göstərir.

Uzun illər Hollivud ulduzlarının gözəlliyinin gizli silahı adlandırılan məhsul hazırda hər kəs üçün əlçatandır: “Salmon DNA” şirkətinin fillerləri indi tərəfimizdən idxal olunur. Səhiyyə və İqtisadiyyat Nazirliklərinin sertifikatlarına malik olaraq biz dünyanın tanınmış markalarının Azərbaycandakı rəsmi distribyutoruna çevrilmişik. Tərəfimizdən idxal edilən məhsullar azı 5-10 həkimin yoxlamasından keçir. Biz bütün dünyada tanınan, səmərəliliyi ikiillik təcrübə ilə sübut edilmiş sertifikatlı preparatlar gətiririk. Hazırda saplarla liftinq çox populyardır və biz Azərbaycana maye şəklində yeni preparat gətirmişik. Bu preparat üz dərisinin altına düşdükdə sapa çevrilərək artıq ilk seansdan sonra nəzərə çarpan, il yarım davamlı təsirə malik olmaqla xüsusi effekt yaradır.

Biz Moskva, Monako, Belarus, Dubayda keçirilmiş beynəlxalq sərgilərdə dəfələrlə iştirak etmişik. Bizim şirkət “Beauty” sərgisində debüt edir və ilk gündən etibarən ziyarətçilər arasındakı peşəkarların sayı bizi sevindirir.


Xəbərlər

Bütün xəbərlər