12-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi

1 - 3 noyabr 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Beauty Azerbaijan - “Astra” şirkətindən innovativ italiyan kos metikası

“Astra” şirkətindən innovativ italiyan kos metikası
28.09.2017

Xəbərlər

Səid Fələhzadə, GİUFRA s.r.l” şirkətinin ixrac üzrə meneceri

 “Beauty Azerbaijan 2017” sərgisinin debyutantlarından biri kimi, biz burada “Astra” şirkətinin innovativ italyan kosmetikasını təklif edirik. Qeyd edim ki, “Astra” şirkəti 1988-ci ildən etibarən müxtəlif sahələrdə aramsız tədqiqat işlərinin nəticəsi kimi keyfiyyətli kosmetik məhsullar istehsal edir. Şirkət heç vaxt təhlükəsizlik standartlarına laqeyd yanaşmadan həmişə yeni tendensiyaları izləyir.

Bizim stendimizdə təklif edilən məhsul çeşidləri həmişə ən son dəbə uyğun olmaq istəyən zərif cinsin nümayəndələrini sevindirəcək. Bizim məhsullar arasında dodaq boyası, dırnaqlar üçün dayanıqlı laklar, geniş kirşan palitrası, ənlik, kirpiklər üçün tuşlar, gözlərin altı üçün boyaqlar, ton kremləri və digər məhsullar yer alır.

Azərbaycan iqtisadiyyatı dayanmadan inkişaf edir, yerli bazar böyüyür və biz bilirik ki, sizin ölkənizdə keyfiyyətli kosmetikaya dəyər verilir, biz məhz buna görə buradayıq. Biz sərgi çərçivəsində düşüncələri həmişə bizim üçün vacib olan həm bazarın peşəkarları, həm də son alıcılar ilə faydalı görüşlər keçirmək istəyirik.

Bütün maraqlanan şəxsləri stendimizə dəvət edirəm və bildirmək istəyirəm ki, “Astra” şirkətinin məhsulları bütün dünyada tanınır və ümidvaram ki, bu məhsullar Azərbaycanda da layiqincə qiymətləndiriləcək.


Xəbərlər

Bütün xəbərlər