12-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi

1 - 3 noyabr 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Beauty Azerbaijan - “BIHE” və “Beauty Azerbaijan” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

“BIHE” və “Beauty Azerbaijan” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
27.09.2017

Xəbərlər

Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində 27 sentyabr saat 12:00-da 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” və 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgilərinin mətbuat konfransı keçirildi.

Mətbuat konfransında Esmira Əkbərova - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi, Fərid Məmmədov – “Iteca Caspian” şirkətinin icraçı direktoru, Kamran Daşdəmirov – sərgi meneceri və Sevinc Hüseynova - tədbirlər üzrə menecer iştirak etmişdilər.

Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 27 KİV nümayəndələri iştirak etmişdi, onların arasında televiziya və xəbər portalları: APA, Azertag, AzTv, ITV, CBC, Lider TV, TREND, Interaz TV və s.


Xəbərlər

Bütün xəbərlər