12-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi

1 - 3 noyabr 2018 • Bakı Ekspo Mərkəzi

Sərgi » Sərgi haqqında

Sentyabr ayının 28  “Iteca Caspian” şirkətinin payız sərgi mövsümünə start verən 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi və 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgisi Bakı Ekspo Mərkəzində öz işinə başladı.

Sərginin açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini cənab Elsevər Ağayev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini cənab Niyazi Səfərov, Belarus  Respublikasının Səhiyyə Naziri cənab Valeriy Malaşko, Azərbaycan Stomatoloji Assosiasiyasının sədri xanım Rəna Əliyeva və İteca Caspian şirkətinin icraçı direktoru cənab Fərid Məmmədov çıxış ediblər.

Sərginin təntənəli açılışı mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev ənənəvi olaraq ən yeni nailiyyətləri nümayiş etdirən, dünyanın bir çox ölkələrinin nümayəndələri arasında işgüzar əlaqələrin qurulmasını təmin edən “BIHE 2017” sərgisinin mühüm rol oynadığını qeyd etməklə yanaşı, bu sahənin inkişafının əhəmiyyətini də vurğuladı.

Sənaye və iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət inkişafının prioritet sahələri arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və daimi nəzarəti altında olan səhiyyə sahəsini xüsusən qeyd etdi. Ölkə başçısının göstərişlərini rəhbər tutaraq, hər iki nazirlik tibb sənayesinin formalaşdırılması və genişləndirilməsi istiqamətində konkret addımlar atır. Bu gün sərgidə, qeyri-neft sənaye sahələrinin davamlı inkişafı çərçivəsində rəqabət qabiliyyətli və yenilikçi sənaye sahələrinin yaradılmasını, o cümlədən əczaçılıq sənayesinin inkişafını, əhalinin dərman vasitələrinə ehtiyacının ödənilməsi sahəsində yerli istehsalın təşviqini təmin edən Pirallahı Sənaye Parkının təqdimatı keçirilir.

Belarus Respublikasının səhiyyə naziri Valeri Malaşko Belarus nümayəndə heyətinin bu cür mötəbər bir tədbirdə iştirakını müsbət qiymətləndirib. Səhiyyə və əczaçılıq sahəsində tərəfdaşlıq fəal surətdə inkişaf edir, dərman preparatlarının ixracı artır, tibbin bir çox sahəsində mütəxəssislərin təcrübə mübadiləsi fayda gətirir. Bu gün sərgidə Belarusun aparıcı əczaçılıq müəssisələri kollektiv stendin tərkibində təqdim olunur.

Azərbaycan Stomatoloji Assosiasiyanın sədri Rəna Əliyeva vurğuladı ki, səhiyyə sərgisi beynəlxalq sağlamlıq, gözəllik və stomatologiya sənayesinin peşəkarlarını bir araya gətirərək, dövlətimizin uğurlu sosial siyasətindən xəbər verir. Bu sərgi sayəsində aparıcı dünya istehsalçılarının müasir texnologiyaları və ən yeni məhsulları yerli bazara çıxarılıb.

“Iteca Caspian” şirkətinin İcraçı direktoru Fərid Məmmədov bildirdi ki, bu il dünyanın 19 ölkəsindən olan 104 şirkət özlərinin müasir tibb sahəsində tələb olunan son nailiyyətlərini nümayiş etdirirlər. Cənab Məmmədov sərgiyə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və digər dövlət qurumlarına öz minnətdarlığını bildirdi.

İlk dəfə olaraq sərgi çərçivəsində 28-29 sentyabr tarixlərində Həkimlər üçün Konqres keçirilir. Konqres səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsindən ibarətdir.

Sərginin ilk günü Azərbaycan İqtisadiyyat Nazirliyi və “Həyat Farm” MMC arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Bu memorandum ən yüksək texnoloji standartlar üzrə əczaçılıq istehsalının yaradılmasına və inkişafına dair niyyəti ifadə edir, həmçinin Belarus və Azərbaycan əczaçılıq şirkətləri arasında bir sıra uğurlu müqavilələr imzalandı.

Sərgi tibb sənayesinin unikal biznes-platforması statusunu özündə qoruyub saxlayır və sənaye mütəxəssislərinin səhiyyə, stomatologiya, eləcə də gözəllik və estetik tibb sahələrində qabaqcıl nailiyyətlərlə tanış olmasına imkan verən nüfuzlu bir tədbirdir. Bu il sərgidə Azərbaycan, Belarus, Almaniya, Hindistan, İtaliya, İran, Çin, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna, İsveçrə, Özbəkistan və digər ölkələrdən olan şirkətlər iştirak edəcək.

Sərgi eksponentləri tibbi və laboratoriya avadanlıqları, əməliyyat masaları üçün avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları, tibbi alətlər, eləcə də birdəfəlik rezin tibb əlcəkləri, dekorativ kosmetika, dolğular, mezopreparatlar, biorevitalizantlar, gözəllik salonları üçün avadanlıqlar, kosmetik aparatlar və s. təqdim edirlər.

Sərgilər 30 sentyabrda başa çatacaqlar. Sərgilər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Xəbərlər

Bütün xəbərlər